Bakı. Trend:
Polşada 2027-ci ilə qədər 155 mm-lik artilleriya sursatı istehsal edilə bilər.
Trend xəbər verir ki, bunu “Rzeczpospolita” qəzetinə müsahibəsində “Grupa WB” şirkətlər qrupunun prezidenti Pyotr Voyçexovski deyib.
“Polska Amunicja”nın Silahlanma Agentliyi ilə müqaviləsi olarsa, konsorsium 2027-ci ildən bütünlüklə Polşa zavodlarında istehsal olunan sursatları tədarük edəcəyini öhdəsinə götürür”, - Pyotr Voyçexovski qeyd edib.
O, əlavə edib ki, rəhbərlik etdiyi Grupa WB və Ponar Wadowice şirkəti bir neçə müəssisənin konsorsiumdan çıxmasına baxmayaraq, sursat zavodunun tikintisi layihəsini davam etdirmək qərarına gəliblər.