Bakı. Trend:
İran nüvə enerjisi ilə bağlı beynəlxalq danışıqları bərpa etmək istəyirsə, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) müfəttişlərini nüvə obyektlərinə buraxmalıdır.
Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller deyib.
"İran BAEA-nın girişi əngəlləməyi dayandırmalıdır. Və yalnız bundan sonra bu cür müzakirələrə başlamaq mümkün olacaq", - deyə o brifinqdə İran prezidenti Məsud Pezeşkianın Qərblə İranın nüvə sazişinin bərpasını müzakirə etməyə hazır olması barədə bəyanatlarına münasibət bildirmək xahişinə cavab verərkən deyib.