Bakı. Trend:
Qazaxıstanın Abay rayonundakı Orlovskaya mədənində qaya kütləsinin uçması nəticəsində iki fəhlə xəsarət alıb. Onlardan biri xəstəxanada dünyasını dəyişib.
Trend xəbər verirki, bu barədə "KAZ Minerals Group" şirkətindən məlumat verilib.
"İlkin səbəb qaya kütləsinin çökməsidir. Zərərçəkənlərdən biri aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. İkincisi isə tibbi yardım göstərildikdən sonra evdədir”, - məlumatda deyilir.
Hadisənin baş vermə şəraiti və səbəbləri aydınlaşdırılır, hadisənin araşdırılması üçün xüsusi komissiya yaradılıb.
Sentyabrın 19-da qızıl hasilatı ilə məşğul olan "AK Altınalmas" şirkəti respublikanın cənubundakı müəssisənin ərazilərindən birində qaya kütləsinin uçmasından sonra bir nəfərin dağıntılar altında qaldığını bildirmişdi. Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparılır.