...

Aİ Ukraynaya 35 milyard avro kredit verəcək

Dünya xəbərləri Materials 20 Sentyabr 2024 18:04 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı Ukraynaya 35 milyard avro kredit təqdim edəcək.

Trend xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula Von Der Leyen “X” sosial şəbəkəsində yazıb.

O qeyd edib ki, bu vəsaitlərin Ukrayna hakimiyyətinə Rusiyanın Avropada dondurulmuş aktivlərindən gələn faizlər hesabına yönləndiriləcəyi gözlənilir.

"Rusiyanın davamlı hücumları Ukraynanın Aİ-nin davamlı dəstəyinə ehtiyacı olduğunu göstərir. Avropa Komissiyası Ukraynaya G7-nin öhdəlikləri çərçivəsində 35 milyard avro qədər kredit təqdim edəcək. Bu, Aİ-nin Ukraynanın bərpasına bir daha böyük töhfəsidir", - Ursula Von Der Leyen bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti