...

Ərdoğan Zelenski ilə "Taxıl sazişi"ni müzakirə edib

Dünya xəbərləri Materials 25 Sentyabr 2024 07:47 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Bu barədə Trend Türkiyə liderinin ofisinə istinadən xəbər verir.

Ərdoğan görüş zamanı Ukrayna-Rusiya müharibəsinin dialoq yolu ilə, Ukraynanın ərazi bütövlüyü və suverenliyini qorumaqla həll oluna biləcəyinə inandığını bildirib. O, Ankaranın bu məqsədə çatmaq üçün səylərini davam etdirdiyini vurğulayıb.

Həmçinin Türkiyə lideri, "Taxıl sazişi"nin bərpa edilməsi üçün səy göstərəcəyinə dair Volodimir Zelenskiyə söz verib.

Xəbər lenti

Xəbər lenti