...

ABŞ Yaxın Şərqə döyüş təyyarələri və bir neçə min əsgər göndərəcək

Dünya xəbərləri Materials 30 Sentyabr 2024 23:31 (UTC +04:00)

Bakı. Trend:

ABŞ lazım gələrsə İsrailin təhlükəsizliyini və müdafiəsini təmin etmək üçün Yaxın Şərqə əlavə qoşun göndərəcək.

Trend-in məlumatına görə, bu barədə " Associated Press" (AP) agentliyi Müdafiə Nazirliyinin mətbuat katibi Sabrina Sinqha istinadən məlumat verib.

"ABŞ təhlükəsizliyi gücləndirmək və lazım gələrsə İsraili müdafiə etməyə hazırlaşmaq üçün Yaxın Şərqə bir neçə min əlavə hərbiçilər göndərir", - deyə bildirilib.

S.Sinqh bildirib ki, mövcudluğun artması bir neçə döyüş təyyarəsinin eskadrilyasının göndərilməsi deməkdir. Xüsusilə, ABŞ Yaxın Şərqə F-15E, F-16, A-10 və F-22 təyyarələri, eləcə də onlara qulluq etmək üçün əlavə personal göndərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti