...

“Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı bəzi təfərrüatlar açıqlanıb

Dünya xəbərləri Materials 3 Oktyabr 2024 07:34 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Crocus City Hall”dakı terror aktı beynəlxalq xarakter daşıyır və onun araşdırılması xüsusilə çətindir, çünki terrorun təşkilatçıları və onların əlaltıları xaricdə gizlənir.

Trend-in məlumatına görə, işin materiallarında belə ifadələr yer alıb. Qeyd edilib ki, istintaq hadisənin faktiki hallarını və cinayətin törədilməsində iştirak edən digər şəxsləri müəyyən etmək üçün çoxsaylı istintaq və prosessual hərəkətlərin həyata keçirilməsini tələb edir.

Eyni zamanda, vurğulanıb ki, terror aktı ilə bağlı Rusiya beynəlxalq hüquqi yardım üçün sorğular göndərib. Araşdırma çərçivəsində xarici ölkələrdən hüquqi yardım da daxil olmaqla, müraciətlərə cavabların alınması zəruridir. Cinayət işi üzrə ibtidai istintaqın müddəti 9 aya, yəni 2024-cü il dekabrın 22-dək uzadılıb.

İşin materiallarına əsasən, müttəhimlərdən dördü beynəlxalq terror təşkilatı İŞİD-in “Vilayət Xorasan” qruplaşmasının silahlılarıdır.

Xəbər lenti

Xəbər lenti