Bakı. Trend:
Türkiyənin 81 vilayətində son 1 ay ərzində qanunsuz miqrasiyaya qarşı əməliyyatlar keçirilib.
Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya qanunsuz miqrantlara qarşı keçirilən əməliyyatlarla bağlı açıqlama yayıb.
Nazir bildirib ki, son bir ayda 81 vilayətdə jandarma tərəfindən fasiləsiz aparılan əməliyyatlar nəticəsində 200 qanunsuz miqrasiya təşkilatçısı və 4040 qanunsuz miqrant saxlanılıb.
Təşkilatçılardan 82 nəfər həbs edilib, 31 nəfərə isə məhkəmə nəzarəti tətbiq olunub.