...

Osloda Nobel Sülh Mükafatı laureatının adı açıqlanacaq

Dünya xəbərləri Materials 11 Oktyabr 2024 05:25 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Norveç Nobel Komitəsi 2024-cü il üçün Nobel Sülh Mükafatı laureatını Osloda elan edəcək.

Trend xəbər verir ki, Alfred Nobelin vəsiyyətinə əsasən, bu mükafat "xalqların birləşdirilməsi, orduların sayının azaldılması və sülh konqreslərinin keçirilməsi üçün ən böyük səylər göstərmiş və ya bu sahədə daha çox iş görmüş şəxsə" təqdim edilir. Digər Nobel mükafatlarından fərqli olaraq, Sülh Mükafatı Stokholmda deyil, məhz Osloda verilir.

Nobel, bu mükafatın qalibini müəyyən etmək üçün beş nəfərdən ibarət komitə yaradılmasını və həmin komitənin Norveç parlamenti tərəfindən təyin olunmasını vəsiyyət etmişdir. Ənənəyə görə, bu komitənin üzvləri əsasən Norveçin keçmiş siyasətçiləri və partiya liderlərindən ibarət olur.

Bu günlərdə bir əsrdən artıq yaşı olan bu şərt kifayət qədər geniş izah edilir və komitənin seçimləri bəzən tənqid olunur. Son illərdə mükafata layiq görülənlər arasında müxtəlif sahələrdə uğurlar qazanan siyasətçilər, hüquq müdafiəçiləri, siyasi fəallar və humanitar təşkilatlar yer alır.

2023-cü ildə Nobel Sülh Mükafatı, "qadınların zülmə qarşı mübarizəsi" və "bütün insanlar üçün insan hüquqları və azadlıqlarının müdafiəsi uğrunda fəaliyyəti" üçün iranlı hüquq müdafiəçisi Narges Mohammadiyə təqdim olunmuşdur.

2024-cü il Nobel Sülh Mükafatına 285 namizəd irəli sürülüb - 196 fiziki şəxs və 89 təşkilat.

Nobel həftəsi oktyabrın 7-də başlayıb. Fizika, kimya, tibb və ədəbiyyat üzrə mükafatlar laureatlarının adları artıq məlum olub.

Xəbər lenti

Xəbər lenti