...

ABŞ-də zavodda qaz sızması baş verib, 2 nəfər ölüb

Dünya xəbərləri Materials 11 Oktyabr 2024 11:01 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Texas ştatında "Pemex" neft emalı zavodunda qaz sızması nəticəsində 2 nəfər həlak olub, daha 5 nəfər xəsarət alıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Qeyd olunur ki, sızma zavod işçilərindən birinin hidrogen-sulfid tərkibli qaz xəttini açması nəticəsində baş verib.

Məlumatda bildirilir ki, onun özü hadisə yerində həlak olub. Ümumilikdə qəza nəticəsində azı 2 nəfər həlak olub və daha 5 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti