...

"Boeing" şirkəti 17 000 iş yerini ixtisar edir

Dünya xəbərləri Materials 12 Oktyabr 2024 08:04 (UTC +04:00)

Bakı. Trend:

Bir aydan çoxdur tətilin davam etdiyi “Boeing” şirkəti 17 000 iş yerini ixtisar edir.

Trend-in məlumatına görə, bu barədə şirkətin baş direktoru Kelli Ortberq məlumat verib. O bildirib ki, şirkət dünya üzrə əməkdaşlarının 10 faizini ixtisar edəcək. Paralel olaraq 777X modelinin ilk nümunəsinin müştəriyə çatdırılması 1 il gecikdiriləcək.

Ortberq qeyd edib ki, məqsəd “maliyyə reallığına uyğunlaşmaqdır”. ABŞ-dakı zavodda tətilə görə 737 MAX, 767 və 777 modellərinin istehsalı dayanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti