Bakı. Trend:
Donald Trampın seçki qərargahının nümayəndələri ABŞ hakimiyyətinə onun təhlükəsizliyinin gücləndirilməsi tələbi ilə müraciət ediblər.
Trend-in məlumatına görə, bu barədə "The Washington Post" qəzeti qərargahın e-poçt yazışmalarına və mənbələrinə istinadən xəbər verib.
Qəzetin yazdığına görə, qərargah seçkidən əvvəlki son həftələrdə iqamətgahları və təşviqat məntəqələri üzərində uçuşlara məhdudiyyətlərin genişləndirilməsini, D.Trampın kortejlərini hərbi maşınlar müşayiət etsin. Qərargah həmçinin seçki mitinqlərinin keçirildiyi yerlər üzərindən hərbi təyyarələrin uçuşunu xahiş edib.
"WP" qəzeti bu müraciətləri görünməmiş adlandırır, çünki seçkilərin bütün tarixində heç bir namizəd hərbi aviasiya yardımı istəməyib.