...

"Hizbullah" İsraili kaset bombalarından istifadə etməkdə ittiham edir

Dünya xəbərləri Materials 13 Oktyabr 2024 16:08 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Şiə təşkilatı Hizbullah İsrail əsgərlərinin Livanın cənubunda yerləşən yaşayış məntəqələrini kaset bombaları ilə bombaladığını iddia edən bəyanat yayıb.

Trend-in məlumatına əsasən, bəyanatda 2008-ci ildə Osloda imzalanmış beynəlxalq konvensiya ilə qadağan olunan bu bombaların oktyabrın 13-də Hanin və əl-Teyri kəndlərinə hücumda istifadə olunduğu vurğulanıb.

"Bu, Livan və Fələstin xalqlarına qarşı yeni vəhşi cinayətdir və beynəlxalq ictimaiyyətin İsrail təcavüzünü dayandıra bilməməsi nəticəsində baş verib," - deyə bəyanatda qeyd olunur.

Günün birinci yarısında İsrail Hərbi Hava Qüvvələrinin Livan sərhəd bölgələrinə hücumları artıb.

Alma əş-Şəb, Beyt-Lif, Quzah, Ramiya, Əl-Duheyra və Yariyə qarşı intensiv hücumlar həyata keçirilib.

Livanın cənubundakı qərb sektorunda son günlər İsrail qüvvələri ilə Hizbullah arasında şiddətli toqquşmalar davam edir. İsrail qoşunları Hizbullahın dağlıq ərazilərdən atəş açmasının qarşısını almaq üçün bu mövqeləri sıxışdırmağa çalışır.

Xəbər lenti

Xəbər lenti