Bakı. Trend:
ABŞ yaxın günlərdə bombardmançı təyyarələrini NATO müttəfiqləri ilə birgə təlim və əməliyyatlar aparmaq üçün Avropaya göndərəcək.
Trend xəbər verir ki, bu barədə ABŞ-nin Avropa Komandanlığının saytında dərc olunmuş bəyanatda bildirilir.
“Növbəti bombardmançı təyyarə qruplaşmasının Avropada yerləşdirilməsi yaxın günlərdə həyata keçiriləcək və Amerika strateji bombardmançıları ABŞ-nin materik hissəsindən ABŞ Avropa Komandanlığının məsuliyyət zonasına göndəriləcək”, - bəyanatda qeyd olunub.
Ekipajlar bir neçə həftə ərzində təlimlərdə iştirak edəcək və əməliyyatlar keçirəcəklər.
Qeyd edək ki, daha əvvəl ABŞ-nin müdafiə naziri Lloyd Ostin Yaxın Şərqə əlavə qüvvələrin göndərilməsi barədə göstəriş verib.