...

İtaliyanın Piaçenza şəhərində silahlı şəxslər DHL karqo şirkətinin ofisinə hücum ediblər

Dünya xəbərləri Materials 3 Noyabr 2024 18:30 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyada silahlı şəxslər karqo şirkətinin ofisinə hücum edib, bir milyon avroluq məhsul oğurlayıblar

Trend-in məlumatına görə, şirkətin ofisini qarət edən silahlı dəstə üzvləri anbardan və yük maşınlarından külli miqdarda dəyərli texnoloji məhsullar oğurlayıblar.

Hücum zamanı silahlı şəxslər hadisə yerindən qaçarkən, dəstənin digər üzvləri əraziyə giriş-çıxış yollarında saxladıqları oğurlanmış avtomobilləri və mikroavtobusları yandırıblar.

Təhlükəsizlik qüvvələri hadisə ilə bağlı araşdırmalara başlayıb, dəstə üzvlərinin axtarışları davam edir. Anbardan və yük maşınlarından oğurlanan məhsulların dəyərinin azı bir milyon avro olduğu bildirilir.

Xəbər lenti

Xəbər lenti