Bakı. Trend:
İsrail ordusu şənbə günü ərzində Livanda atəşkəs razılaşmasını pozan "Hizbullah" hərəkatının döyüşçülərinə qarşı bir neçə zərbə endirib.
Trend-in məlumatına görə, bu barədə İsrail ordusu "Telegram" kanalında bildirib.
"Ordu gün ərzində İsrailin təhlükəsizliyini təhdid edən və atəşkəs razılaşmalarını pozan hallarda tədbirlər görüb", - deyə qeyd olunub.
Xüsusilə də İsrail Hərbi Hava Qüvvələri "Hizbullah" döyüşçülərinin silah daşıdığı avtomobilə hücum edib. İsrail hərbi komandanlığının məlumatına əsasən, daha bir zərbə Livan-İsrail sərhədinə yaxınlaşan bir qrup silahlı şəxsə dəyib. Üçüncü hava zərbəsi Livanın cənubunda raket buraxılış qurğularının olduğu əraziyə endirilib.