...

Kanada ABŞ-la sərhəd nəzarətini gücləndirəcək

Dünya xəbərləri Materials 2 Dekabr 2024 04:53 (UTC +04:00)
Kanada ABŞ-la sərhəd nəzarətini gücləndirəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kanadanın ictimai təhlükəsizlik naziri Dominik Leblan, ABŞ-a qeyri-qanuni miqrasiya axınını məhdudlaşdırmaq məqsədilə sərhəd nəzarətinin gücləndiriləcəyini açıqlayıb.

Trend xəbər verir ki, Leblan bu bəyanatı, Kanadanın baş naziri Castin Trüdonun ABŞ-ın seçilmiş prezidenti Donald Trampla keçirdiyi görüşü şərh edərkən verib. Görüşdə enerji təhlükəsizliyi, boru kəmərləri, qlobal münaqişələr, Çin və ticarət rüsumları kimi mövzular müzakirə edilib.

Nazirin sözlərinə görə, sərhəddə təhlükəsizlik tədbirləri yaxın həftələrdə daha da gücləndiriləcək:
"Biz əlavə pilotsuz uçuş aparatları, polis helikopterləri yerləşdirmək və sərhəd xidmətinin şəxsi heyətini yenidən formalaşdırmaq planlaşdırırıq."

Bu tədbirlər, ABŞ-ın Kanadadan idxal edilən məhsullara 25%-lik ticarət rüsumları tətbiq etməklə bağlı təhdidlərinin də fonunda gündəmə gəlib. Trüdo və Tramp sərhəd təhlükəsizliyi ilə bağlı əlavə tədbirlərin həyata keçirilməsini müzakirə edib.

Xəbər lenti

Xəbər lenti