...

Makron 2027-ci ilə qədər prezident vəzifəsində qalmaq niyyətindədir

Dünya xəbərləri Materials 6 Dekabr 2024 00:45 (UTC +04:00)
Makron 2027-ci ilə qədər prezident vəzifəsində qalmaq niyyətindədir
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Fransa prezidenti Emmanuel Makron 2027-ci ildə səlahiyyət müddəti başa çatana qədər vəzifədə qalmaq niyyətində olduğunu bildirib.

Trend xəbər verir ki, o, bu barədə xalqa müraciətində bildirib.

“Mən beş illik müddətə seçilmişəm və mandatımın sonuna qədər vəzifədə qalmağı planlaşdırıram”, - Makron xalqa müraciətində deyib.

Qeyd edək ki, dekabrın 4-də Fransa Milli Assambleyası Mişel Barnier hökumətinə etimadsızlıq barədə qətnamənin lehinə səs verib. Bu qərarı 331 deputat dəstəkləyib. Etimadsızlıq qətnaməsinin qəbul edilməsi üçün 577 deputatdan ən azı 289-nun səsi lazım idi.

Xəbər lenti

Xəbər lenti