Bakı. Trend:
Suriyada hakimiyyətin ötürülməsi problemsiz gedəcək.
Trend-in məlumatına görə, bu barədə Suriya ədliyyə naziri Əhməd Səid bildirib.
Onun fikrincə, “ölkədə vətəndaş müharibəsi olmayacaq”.
Bununla bağlı nazir etiraf edib ki, o və Nazirlər Kabinetindəki həmkarları respublikada hadisələrin bu qədər sürətlə inkişaf edəcəyini gözləmirdilər. Bəşər Əsədin gələcək taleyindən danışan Səid vurğulayıb: “Heç kim Əsədin hara getdiyini və ona nə baş verdiyini bilmir”.