...

Suriyadakı müxalifət qüvvələri hərbi qulluqçulara amnistiya elan edib

Dünya xəbərləri Materials 10 Dekabr 2024 02:31 (UTC +04:00)
Suriyadakı müxalifət qüvvələri hərbi qulluqçulara amnistiya elan edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Suriyada müxalifət koalisiyasının rəhbərliyi keçmiş prezident Bəşər Əsədin hakimiyyəti dövründə xidmətə çağırılmış bütün hərbi qulluqçulara amnistiya elan edib.

Trend “Associated Press”ə istinadən xəbər verir ki, müxalifət qüvvələrinin nəzarətindəki "Hərbi Əməliyyatlar İdarəsi" tərəfindən verilən bəyanatda hərbi qulluqçuların və çağırışçıların təhlükəsizliyinə tam zəmanət verildiyi bildirilib.

“Onların təhlükəsizliyinə zəmanət verilir. Hər hansı zərər vurmaq və ya zorakılığa məruz qoymaq qəti qadağandır”, - bəyanatda deyilir.

Xatırladaq ki, ötən həftə Suriyadakı müxalifət qüvvələri paytaxt Dəməşqi ələ keçirdiklərini və keçid hakimiyyətini formalaşdırdıqlarını bəyan etmişdi.

Xəbər lenti

Xəbər lenti