...

Netanyahu HHQ-nin Suriyadakı strateji hərbi hədəflərə zərbə endirməsinə icazə verib

Dünya xəbərləri Materials 10 Dekabr 2024 21:40 (UTC +04:00)
Netanyahu HHQ-nin Suriyadakı strateji hərbi hədəflərə zərbə endirməsinə icazə verib

Bakı. Trend:

İsrailin baş naziri Benyamin Netanyahu İsrailin Suriyada Bəşər Əsəd ordusu tərəfindən tərk edilmiş strateji hərbi obyektlərə aviazərbələr endirməsinə icazə verdiyini bildirib.

Trend-in məlumatına görə, bu barədə İsrailin baş nazirinin mətbuat xidməti xəbər verib.

"Biz Suriyanın daxili işlərinə qarışmaq niyyətində deyilik, lakin təbii ki, təhlükəsizliyimizi təmin etmək üçün lazım olan hər şeyi etmək niyyətindəyik. Bu kontekstdə Suriya ordusunun tərk etdiyi strateji hərbi obyektlərin cihadçıların əlinə keçməsinin qarşısını almaq üçün hava qüvvələrinin zərbələrini təsdiqlədim", - deyə Netanyahu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti