Bakı. Trend:
Fevralın 8-də Qəzza zolağında saxlanılan yeni girov qrupunun azad edilməsi müqabilində İsrail həbsxanalarından 183 fələstinli məhbus, o cümlədən 18-i ömürlük həbsə məhkum edilmiş şəxslər sərbəst buraxılacaq.
Trend xəbər verir ki, bu barədə Fələstinli Məhbuslar üzrə İnformasiya İdarəsi məlumat yayıb.
Bəyanata görə, şənbə günü İsraillə əldə olunan razılaşma çərçivəsində ömürlük həbs cəzası almış 18 fələstinli, uzunmüddətli həbsə məhkum edilmiş 54 nəfər və 2023-cü il oktyabrın 7-dən sonra saxlanılan 111 qəzzalı azad ediləcək.
Qeyd edək ki, cümə günü səhər saatlarında HƏMAS hərəkatı fevralın 8-də biri Almaniya vətəndaşı olmaqla üç israilli girovun azad ediləcəyini açıqlamışdı.