Bakı. Trend:
Şimali Koreya Koreya yarımadası ərazisində ABŞ-ın strateji qüvvələrinin yaranmasına nəzarət edir və bütün mövcud vasitələrdən istifadə edərək təxribatçı hərəkətlərə qarşı durmağa hazırdır.
Trend-nin məlumatına görə, bu barədə Şimali Koreyanın Müdafiə Nazirliyi bildirib.
"Silahlı qüvvələrimiz ABŞ-nin strateji qüvvələrinin Koreya yarımadasında tez-tez müşahidə olmasını diqqətlə izləyir və dövlətin təhlükəsizlik maraqlarını və regionda sülhü qorumaq üçün lazım olan bütün vasitələrdən istifadə etməyə hazırdır", - deyə qeyd olunub.
Bildirilib ki, Pxenyan ABŞ-nin dayandırmağa hazırdır və Vaşinqton növbəti təxribatları dayandırmalıdır.