Bakı.Trend:
Ukrayna münaqişəsinin tərəfləri Ukraynanın ərazi bütövlüyüna aid bəzi “xoşagəlməz qərarlar” qəbul etməli olacaqlar.
Trend xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “TRT World”ə verdiyi müsahibədə bildirib.
“İdeal dünyada yaşasaydıq, biz, əlbəttə ki, Ukraynanın ərazi bütövlüyünü qoruyub-saxlamasını görmək istərdik. Amma indi müharibə gedir və təəssüflər olsun ki, bu müharibə dövründə biz müəyyən seçimlər etməli, bəzi xoşagəlməz qərarlar qəbul etməli oluruq. İndi tərəflər bu seçimi etməyə çalışırlar – onlar nələri verə bilər, nələri qoruyub-saxlaya bilər, sonradan nələr haqda danışa bilərlər.
Bu onların hazırda üzərində çalışdıqları prioritetlərdəndir.
"Amerikalılar, avropalılar, biz, ruslar, ukraynalılar – hamımız indi eyni sualı veririk: atəşkəsə ehtiyacımız olduğu şəraitdə bizim prioritetlərimiz nələrdir?", - deyə Fidan bildirib.