...

Cənubi Karolinada meşə yanğınlarına görə fövqəladə vəziyyət elan edilib

Dünya xəbərləri Materials 3 Mart 2025 01:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Karolina ştatında meşə yanğınlarının genişlənməsi ilə əlaqədar fövqəladə vəziyyət elan olunub.

Trend xəbər verir ki, bu barədə ştatın qubernatoru Henri Makmasterin saytında məlumat yayılıb.

Qubernatorun sərəncamı yanğınla mübarizə tədbirlərini gücləndirmək məqsədi daşıyır. Ştat sakinlərinə ocaq yandırmaq qadağan edilib. Qanunu pozanlar müvafiq qaydada məsuliyyətə cəlb olunacaqlar.

Cənubi Karolina Yanğınsöndürmə İdarəsinin məlumatına görə, ştat ərazisində hazırda təxminən 17 kvadrat kilometr sahəni əhatə edən 175 yanğın qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti