Bakı. Trend:
ABŞ Dövlət Departamenti ABŞ-nin Cənubi Afrikaya yardımının əhəmiyyətli hissəsinin dərhal dayandırılması barədə göstəriş verib.
Trend-in məlumatına görə, bu barədə “The Guardian” qəzeti dövlət katibi Marko Rubionun imzaladığı məktuba istinadən bildirib.
"Bütün bürolar, ofislər və missiyalar Cənubi Afrikaya yardım paylamaq və ya kömək üçün bütün öhdəlikləri dayandırmalıdırlar", - deyə sənəddə bildirilib.
ABŞ prezidenti Donald Trampın 7 fevral tarixli sərəncamında Cənubi Afrika respublikanın ağdərili əhalisinə qarşı “irqi ayrı-seçkilik”də ittiham edilib.