Bakı. Trend:
Əfqanıstanda yerli hökumət qadınların Qəndahar əyalətində radioda əyləncəli verlişlər aparmasını qadağan edib.
Trend ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Jurnalistlər mərkəzinin mətbuat xidməti məlumat yayıb.
“Administrasiya tam olaraq qadın səsi ilə yayımları qadağan edib və kütləvi informasiya vasitələrindən administrasiya rəhbəri barədə danışan zaman “Zati aliləri, əməlisalehlərin rəhbəri, Allah onu qorusun” titulundan istifadə etmələri tələb olunub.
Bununla yanaşı, yerli mediada kosmetik vasitələrin, o cümlədən rəsmi qeydiyyatı olmayan klinika və xəstəxanaların reklamı qadağan edilib.