...

ABŞ Müdafiə Nazirliyi 50-60 min mülki işçini ixtisar etməyi planlaşdırır

Dünya xəbərləri Materials 19 Mart 2025 02:41 (UTC +04:00)
ABŞ Müdafiə Nazirliyi 50-60 min mülki işçini ixtisar etməyi planlaşdırır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Müdafiə Nazirliyi büdcə xərclərini azaltmaq məqsədilə 50-60 min mülki işçini ixtisar etməyi planlaşdırır.

Trend xəbər verir ki, bu barədə "Associated Press" Pentaqonun nümayəndəsinin bəyanatına istinadən məlumat yayıb.

Bəyanata görə, bu addım Pentaqonun mülki işçilərinin 8%-ni ixtisar etmək planı çərçivəsində həyata keçiriləcək. Müdafiə naziri Pit Heqset, ABŞ Silahlı Qüvvələrinin döyüş hazırlığının təmin olunmasına əmin olmaq istədiyi üçün boşaldılmış vəzifələrə hərbi qulluqçuların köçürülməyəcəyini vurğulayıb.

Daha əvvəl "The Washington Post"un xəbər verdiyinə görə, Heqset növbəti beş il ərzində müdafiə departamentinin büdcəsini hər il 8 faiz ixtisar etməyi əmr edib.

Xəbər lenti

Xəbər lenti