Bakı. Trend:
Aleksandr Lukaşenko yenidən Belarus prezidenti seçildikdən sonra vəzifəsinin icrasına başlayıb.
Trend xəbər verir ki, bu barədə Belarus prezidentinin saytında məlumat verilib.
Andiçmə mərasimi Müstəqillik Sarayının ən böyüyü olan Təntənəli mərasimlər zalında baş tutub.
"İlk növbədə, seçkilərdə qazandığımız qələbə münasibətilə hamımızı təbrik etmək istəyirəm. Bu, təkcə mənim, Prezidentin deyil, milyonlarla belaruslunun qələbəsidir. Yanvarın 26-da biz daha bir tarixi yol ayrıcını keçdik. Əsrin üçdə birində getdiyimiz yoldan dönmədən, inamla, müdrikliklə keçdik. Bu, sülh və quruculuq yoludur, milli birlik və vətənpərvərlik, ədalət və hamı üçün geniş imkanlar - xalq üçün dövlət dediyimiz hər şeydir. Bu bizim Belarus yolumuzdur!", - o andiçmə mərasimində bildirib.
Aleksandr Lukaşenko bütün seçicilərə verdikləri səslərə, suveren Belarusun nailiyyətlərinin əsasında duran prinsip və dəyərlərə inamlarına görə təşəkkür edib: "Biz nailiyyətlərimizi, qələbələrimiz birlikdə əldə etdik".