...

Almaniyada genişmiqyaslı antiterror əməliyyatları keçirilib

Dünya xəbərləri Materials 26 Mart 2025 18:54 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın altı əyalətində terrorçuluğa qarşı genişmiqyaslı əməliyyatlar aparılıb.

Trend xəbər verir ki, “Bild” qəzetinin məlumatına görə, əməliyyatlar Hessen, Şimali Reyn-Vestfaliya, Bavariya, Baden-Vürttemberq, Meklenburq-Ön Pomeraniya və Reynland-Pfalts əyalətlərində ümumilikdə 19 obyektdə keçirilib.

Federal Kriminal Polis İdarəsinin (BKA) və yerli polis qüvvələrinin 200-dən çox əməkdaşının iştirak etdiyi əməliyyatlar, “Brigade N‘Hamedu” adlı terrorçu təşkilatın təsisçiləri və üzvləri olduqları ehtimal edilən 17 nəfərin saxlanılmasına yönəlib. Sözügedən qrup Eritreyada hökuməti devirməyə çalışan beynəlxalq şəbəkənin bir hissəsi kimi tanınır.

Məlumata görə, Almaniyadakı bu terrorçu qrup ən azı üç ildir fəaliyyət göstərir və Eritreya icmasının keçirdiyi tədbirlərdə zorakılığa əl atıb. Almaniya Baş Prokurorluğu bildirib ki, qrup yerli polisə hücumları qanuni vasitə kimi qəbul edir.

Təşkilatın 2022 və 2023-cü illərdə Qiesendə, eləcə də 2023-cü ildə Ştutqartda keçirilən Eritreya festivallarında baş verən və çoxsaylı polis əməkdaşının xəsarət alması ilə nəticələnən toqquşmalara görə məsuliyyət daşıdığı bildirilir.

Eyni zamanda, oxşar axtarış tədbirləri Almaniya ilə paralel olaraq Danimarkada da həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti