...

Çexiya Parlamenti müdafiə xərclərinin artırılmasına dair hökumət planını dəstəkləyib

Dünya xəbərləri Materials 27 Mart 2025 04:51 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çexiya Parlamentinin Deputatlar Palatası (aşağı palata) 2030-cu ilə qədər respublikanın müdafiə xərclərini ÜDM-in 2%-dən 3%-ə çatdırmaq barədə hökumətin planlarını dəstəkləyib.

Trend TK agentliyinə istinadən xəbər verir ki, bu qərar hakim koalisiyanın və son vaxtlar sıralarını tərk etmiş Çexiya Pirat Partiyası deputatları tərəfindən qəbul edilib.

İclasda ən böyük müxalif siyasi hərəkat olan ANO (Narazı Vətəndaşların Fəaliyyəti) və Azadlıq və Birbaşa Demokratiya hərəkatı nümayəndələri iştirak etməyiblər. Onlar hərbi modernləşdirmə və müdafiə xərclərinin artırılması ilə bağlı qapalı müzakirələr zamanı palatanı tərk ediblər.

Agentliyin məlumatına görə, onların bu hərəkəti qalan deputatlar tərəfindən vacib bir mövzunun müzakirəsinin televiziya şousuna çevrilmək cəhdi kimi qiymətləndirilib.

ANO lideri və Çexiyanın keçmiş baş naziri Andrey Babiş hakim partiyaların bu məsələlərlə bağlı debatalar keçirmək qərarını parlament müxalifətini susdurmaq və ictimaiyyəti onların fikrini eşitmədən məhrum etmək cəhdi adlandırıb.

Martın 5-də Çexiya hökuməti müdafiə xərclərinin beş il ərzində ÜDM-in 0,2%-i həcmində illik artımını təsdiqləyib.

Xəbər lenti

Xəbər lenti