Bakı. Trend:
ABŞ-nin sərt sanksiyaları altında olan azı 11 İran tankeri Malayziyanın yaxınlığındakı sularda lövbər ataraq gözləmə mövqeyinə keçib.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, bu tankerlərdən bəziləri artıq bir aydan çoxdur ki, neft tranzit məntəqəsində dayanıb.
"Təxminən 17 milyon barel neft daşıyan tankerlər Malayziya yarımadasının şərqindəki ərazidə saxlanılıb. Bu vəziyyət İranın Çinə neft nəqlinin yavaşlamasına səbəb ola bilər", - məlumatda qeyd olunub.