...

Myanmada zəlzələ qurbanlarının sayı artır

Dünya xəbərləri Materials 29 Mart 2025 18:36 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Myanmada martın 28-də baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 1644-ə yüksəlib.

Trend xəbər verir ki, bu barədə Myanmanın Dövlət İdarə Şurası məlumat yayıb. Təbii fəlakət zamanı 3408 nəfər yaralanıb, 139 nəfər isə itkin düşmüş hesab olunur. Dağıntılar altında qalanların axtarış-xilasetmə işləri davam edir.

Qeyd edək ki, zəlzələ yerli vaxtla saat 12:10-da baş verib və paytaxt Naypyida ilə Mandalay regionunda böyük dağıntılara səbəb olub. Zəlzələdən sonra 2,8-7,5 bal arasında 12 afterşok qeydə alınıb.

Bəzi ərazilərdə elektrik təchizatı və mobil rabitə sistemi sıradan çıxıb. Paytaxt ilə ölkənin ən böyük şəhərini birləşdirən magistral yolda, xüsusən də körpü və yol ötürücülərində ciddi ziyan qeydə alınıb. Nəticədə yolun bəzi hissələri istifadəyə yararsız hala düşüb.

Myanma Dövlət İdarə Şurasının Sədri Min Aunq Hlainq beynəlxalq ictimaiyyətdən yardım istəyib. BMT-nin Baş katibi Antonio Quterreş də dünya ölkələrini Myanmaya dəstək verməyə çağırıb. Artıq qonşu ölkələrdən yardım gəlməyə başlayıb.

Xəbər lenti

Xəbər lenti