Bakı. Trend:
Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Ermənistana rəsmi səfər edəcək.
Trend bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.
Məlumata əsasən, rusiyalı XİN rəhbərinin Ermənistana səfəri mayın 21-ə planlaşdırılıb.
Lavrovun ermənistanlı həmkarı ilə görüşəcəyi, daha sonra görüşün yekunlarına dair birgə mətbuat konfransının keçiriləcəyi bildirilir.