Bakı. Trend:
İran və ABŞ İranın nüvə problemi ilə bağlı təmasları davam etdirməlidir, əks halda ciddi böhran ola bilər.
Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Rafael Qrossi bildirib.
"Biz dialoqun davam etməsini təmin etməliyik. Çünki tərəflər desələr ki, artıq bir-biri ilə danışmaq istəmirlər, o zaman vəziyyət ciddi olacaq", - deyə o qeyd edib.
R.Qrossi vurğulayıb ki, o, İran və ABŞ arasında çox mürəkkəb razılaşmanın işlənib hazırlanacağını gözləmir. "Mənə elə gəlir ki, biz Trampın üslubunda sadə bir şeydən danışacağıq. Məsələn, bütün sanksiyaların ləğvi müqabilində uranın zənginləşdirilməsindən söhbət gedə bilməz", - deyə o əlavə edib.
"Biz diplomatiya yolunu dəstəkləməliyik. Problemin hərbi yolla həlli fəlakət olardı. İranın təhdidləri isə boş sözlər deyil", - deyə o bildirib.