Bakı. Trend:
Süd məhsullarının müntəzəm qəbulu sarkopeniya – yəni yaş artdıqca əzələ kütləsinin və gücünün azalması prosesini ləngidə bilər.
Trend xəbər verir ki, elmi araşdırmanın nəticələri “Food Science & Nutrition” dərgisinidə nəşr olunub.
Siçanlar üzərində aparılan eksperimentlər göstərib ki, dörd növ süd məhsulu əzələ toxumasının göstəricilərini yaxşılaşdırır və iltihabı azaldır.
Tədqiqatçılar tam və yağsız keçi südünün, həmçinin, D vitamini və kalsiumla zənginləşdirilmiş keçi südünün təsirini araşdırıb və nəticələri inək südü ilə müqayisə ediblər.
Sarkopeniya induksiya edilmiş siçanlara bu məhsullar səkkiz həftə ərzində verilib. Bütün variantlar əzələ toxumasının kütləsini artırıb və əzələlərin böyümə və bərpasına cavabdeh olan PI3K/Akt/mTOR yolunu aktivləşdirib.
Ən güclü təsir isə D vitamini və kalsiumla zəngin keçi südündə müşahidə edilib – bu məhsul əzələ regenerasiyası ilə bağlı genlərin ifadəsini gücləndirib.