...

“Boeing” şirkətinin 3 min işçisi tətilə çıxıb

Dünya xəbərləri Materials 4 Avqust 2025 14:32 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bazar günü “Boeing” şirkətinin 3 mindən çox əməkdaşı Missuri və İllinoys ştatlarında tətilə çıxır. Kütləvi etiraza səbəb əməkdaşların aviasiya şirkəti ilə əmək müqaviləsinə düzəlişləri razılaşdıra bilməməsidir. Etirazçılar onlara təklif olunan 4 illik əmək müqaviləsini rədd ediblər.

Trend bu barədə “Independent” nəşrinə istinadən xəbər verir.

Tətil elan edən əməkdaşlar yüksək texnologiyalı təyyarə və silah sistemləri, o cümlədən, F-15, F/A-18 reaktiv qırıcılarının, eləcə də, müxtəlif ballistik raket və müdafiə texnologiyalarının yığılması və texniki qulluğu ilə məşğul olur.

"Boeing" şirkəti yaydığı açıqlamada əməkdaşlarının qərarından “məyus olduqlarını” bildirib. Şirkət qeyd edib ki, təklif “orta hesabla 40 faiz əməkhaqqı artımı və alternativ iş qrafikləri ilə bağlı əsas problemi həll edən” razılaşma idi.

“Biz tətilə hazırıq və artıq ehtiyat planımızı tam şəkildə icra etmişik ki, tətil etməyən işçi qüvvəmiz müştərilərimizə dəstəyi davam etdirə bilsin”, – deyə şirkət əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti