...

On bir il əvvəl yoxa çıxmış Malayziya təyyarəsinin axtarışları bərpa olunur

Dünya xəbərləri Materials 3 Dekabr 2025 14:00 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

11 il əvvəl yoxa çıxmış Malayziya hava yollarına məxsus MH370 reysi ilə uçan “Boeing 777” sərnişin təyyarəsinin axtarışları bu ay bərpa olunacaq.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Malayziyanın Nəqliyyat Nazirliyi bəyanat yayıb.

Məlumata görə, Kuala-Lumpurdan Pekinə uçan və göyərtəsində 227 sərnişin və 12 ekipaj üzvü olan sərnişin təyyarəsi 2014-cü ildə okean üzərindən uçarkən müəmmallı şəkildə radarlardan itib. Təyyarədən və sərnişinlərdən bu vaxta qədər heç bir iz tapılmayıb.

“Ocean İnfinity” dəniz-tədqiqat şirkəti dəniz dibində axtarış tədbirlərinin 55 gün ərzində fasiləli şəkildə həyata keçiriləcəyini təsdiqləyib.

Malayziya hökuməti ilə "Ocean Infinity" arasında razılaşdırılmış şərtlərə görə, şirkət cənubi Hind okeanında 15 min kvadrat kilometr (5 790 kvadrat mil) ərazidə əhəmiyyətli qalıqlar tapılacağı təqdirdə 70 milyon dollar məbləğində mükafat alacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti