...

Tayvanda radarlardan itən "F-16V" qırıcısının pilotu axtarılır

Dünya xəbərləri Materials 7 Yanvar 2026 10:40 (UTC +04:00)
Tayvanda radarlardan itən "F-16V" qırıcısının pilotu axtarılır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tayvan silahlı qüvvələri Huaylian bölgəsinin sahilləri yaxınlığında radar əlaqəsi itən “F-16V” qırıcı təyyarəsinin pilotunun axtarışı üzrə əməliyyat keçirir.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Təyyarə qaranlıq vaxtda təlim uçuşu həyata keçirən qırıcılar qrupundan ayrılıb və çox keçmədən radarlardan yoxa çıxıb.

Yanvarın 7-si səhər saatlarında Hərbi Hava Qüvvələri tərəfindən yayılan məlumata əsasən, itkin düşən təyyarənin pilotu kapitan Sin qırıcı radar ekranlarından yoxa çıxmazdan əvvəl katapult olunmaq niyyəti barədə məlumat verməyə imkan tapıb. Lakin onun həqiqətən təyyarəni tərk edib-etmədiyini təsdiqləmək mümkün olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti