...

T-90 tankının yaradıcılarından biri vəfat edib (FOTO)

Dünya xəbərləri Materials 28 Yanvar 2026 19:34 (UTC +04:00)
T-90 tankının yaradıcılarından biri vəfat edib (FOTO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"T-90" tankının yaradıcılarından biri və “Uralvaqonzavod”un baş konstruktoru Nikolay Molodnyakov 89 yaşında vəfat edib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu “Uralvaqonzavod”un mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, Nikolay Molodnyakov Rusiya Federasiyasının əməkdar konstruktoru, fəxri maşınqayırma mütəxəssisi, Rusiya Raket və Artilleriya Elmləri Akademiyasının müxbir üzvü, texnika elmləri namizədi, elm və texnika sahəsində Rusiya hökuməti mükafatının ikiqat laureatı olub. O, həyatını ölkənin zirehli-tank müdafiəsinə, “Uralvaqonzavod”a və Ural Nəqliyyat Maşınqayırma Konstruktor Bürosuna (UKBTM) həsr edib.

Molodnyakovun fəaliyyəti "T-72" və "T-90" tank ailələrinin yaradılması, silahlanmaya qəbul edilməsi və modernləşdirilməsi ilə sıx bağlı olub. Bu tanklar Rusiya zirehli qoşunlarının əsasını təşkil edir.

T-90 əsas döyüş tankı Rusiyada 1990-cı illərdə "T-72"-nin texnologiyası əsasında yaradılmış və bu gün də Rusiya ordusunun əsas tanklarından biridir; o, 125 mm 2A46M tipli hamar borulu topla güclü atəş qabiliyyətinə malikdir və avtomatik yükləyici sistemi ilə təchiz edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti