Bakı. Trend:
ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff və sahibkar Cared Kuşner fevralın 4-də Əbu-Dabidə (BƏƏ) Rusiya və Ukrayna ilə Ukrayna böhranının həlli ilə bağlı danışıqlarda iştirak edəcəklər.
Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.
"Buna görə də, xüsusi elçi Uitkoff və Cared Kuşner sabah üçtərəfli danışıqların növbəti mərhələsi üçün Əbu-Dabidə olacaqlar", - deyə o bildirib.
Livitt əlavə edib ki, bu formatda əvvəlki görüş "tarixi xarakter daşıyırdı".