Bakı. Trend:
Pakistanın cənubundakı Sind vilayətinin Xayrpur rayonunda avtobusun yük maşını ilə toqquşması nəticəsində azı 11 nəfər həlak olub, səkkiz nəfər yaralanıb.
Trend xəbər verir ki, bu barədə "Dawn" qəzeti polisə istinadən məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, qəza avtobus sürücüsünün ehtiyatsızlığı səbəbindən baş verib.
Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb, faktla bağlı araşdırma aparılır.
