Bakı. Trend:
ABŞ Nigeriyanın şimal-şərqində terror qruplaşmalarına qarşı mübarizənin aparıldığı bölgəyə hərbi təyinatlı yüklərin daşınmasına başlayıb.
Trend xəbər verir ki, bu barədə Vanguard qəzeti məlumat yayıb.
Qeyd olunub ki, azı üç hərbi-nəqliyyat təyyarəsi Nigeriya Silahlı Qüvvələrinin Borno ştatındakı bazasına sursatlar da daxil olmaqla bir partiya təchizat çatdırıb.
“Nigeriya və ABŞ arasındakı danışıqların yekunu olaraq, Vaşinqton bizə təkcə hərbi qulluqçular göndərməyəcək, həm də üsyançılarla mübarizə üçün döyüş sursatlarının tədarükü də daxil olmaqla zəruri logistik dəstək göstərəcək”, – deyə qəzet Baş Qərargahdakı mənbəyə istinadən bildirib.
Məlumata görə, söhbət Boko Haram və Qərbi Afrika Vilayəti İslam Dövləti (ISWAP) qruplaşmalarına qarşı mübarizədən gedir.
