...

Gürcüstan Türkmənistana olan qaz borcunun bir hissəsini mal və xidmətlərlə qaytarmaq niyyətindədir

Dünya xəbərləri Materials 20 Aprel 2006 10:47 (UTC +04:00)

2006-cı ildə Gürcüstan Türkmənistana ən azı $40 mlrd məbləğində qaz borcunun bir hissəsini qaytarmağı planlaşdırır. Trend in xəbər verdiyi kimi, bu barədə Rusiya KİV "Türkmənistan" (Aşqabad) qəzetinə istinadən məlumat verir.

Mənbəyə əsasən, borcun bu hissəsi mal və xidmətlərlə qaytarılacaq. Xüsusilə Gürcüstan Türkmənistanın su təchizatı sistemləri üçün $28,3 mln məbləğində 35 dəst avadanlıq tədarük etməlidir.

Son 3 ildə Gürcüstan bu borcu ödəməklə Türkmənistanın 38 sərnişin vaqonunu əsaslı təmir edib. Ancaq $40 mlrd həcmində borcun ödənildiyi halda belə, Gürcüstan 1993-1994-cü illərdə tədarük olunmuş qaza görə Türkmənistana daha $60 mlrd borclu qalacaq. Bu barədə "Praym-Nyus" xəbər verir.

Xəbər lenti

Xəbər lenti