...

Hüquq müdafiəçiləri AB-dan Türkmənistana güzəştə getməməyi tələb edir

Dünya xəbərləri Materials 26 Aprel 2006 16:10 (UTC +04:00)

Beynəlxalq hüquq müdafiəçiləri Avropa Birliyini Türkmənistanla ticarət sazişi üzrə aparılan danışıqlara görə tənqid edərək, Brüsseli bu Mərkəzi Asiya ölkəsində hüquq pozuntularına etinasızlıq göstərməməyə çağırıb.

Trend agentliyinin məlumatına görə, Avropa Parlamenti regionda ən böyük neft ixraçatçısı olan Türmənistanla 1990-cı illərdə insan haqları pozuntuları üzündən dondurulmuş ticarət sazişinə yenidən qayıtmaq istəyir.

Beynəlxalq Xelsinki Federasiyası bəyan edib ki, o vaxtdan bəri Türkmənistandakı vəziyyət yaxşılaşmayıb.

"Ticarət sazişi səhv başa düşülə və AB-nın Türkmənistandakı təsir rıçaqlarını məhv edə bilər" - deyə təşkilatın çərşənbə axşamı yaydığı bəyanatında bildirilir.

Xatırladaq ki, Avropa Parlamentinin xarici işlər və beynəlxalq ticarət üzrə komitələri tammiqyaslı sənədin imzalanmasınadək Türkmənistanla müvəqqəti ticarət sazişinin bağlanmasını bəyənib.

Bu saziş Avropa Parlamentində səsvermə zamanı təsdiqlənməlidir. Bu barədə "Röyter" xəbər verir.

Xəbər lenti

Xəbər lenti