...

ABŞ –da İrana qarşı hərbi qüvvədən istifadənin ssenarisinin hazırlanmasına başlanılıb

Dünya xəbərləri Materials 12 May 2006 11:44 (UTC +04:00)

ABŞ Konqresinin Nümayəndələr Palatası cümə axşamı keçirilən tam tərkibdə iclasında Pentaqonun başçısının İrana qarşı hərbi qüvvəninni tətbiqinin mümkün ssenarisi barədə məxfi məruzəsinin Konqresə təqdim olunması barədə tapşırığının lehinə səs veriblər.

Trend in verdiyi məlumata görə, Palatanın katibliyində müvafiq tapşırıq cümə günü 2007-ci il üzrə ABŞ-ın müdafiə pul köçürmələri layihəsinə daxil edilib.

Qanun layihəsində ABŞ-ın müdafiə nazirinin 2007-ci il yanvarın 31-nə kimi Senatın və Nümayəndələr Palatasının Silahlı Qüvvələr üzrə komitəsinə "bu gündən başlayaraq etibarən 2016-cı ilə kimi dövrü əhatə edən və ABŞ-ın və beynəlxalq təhlükəsizliyi İran tərəfdən cari və gözlənilən hədələrin əks olunduğu məruzənin təqdim edilməsi barədə tapşırığı öz əksini tapıb.

Amerikanın müdafiə nazirinə Konqresin hər iki profilli komitələrinə "İran tərəfdən cari və gözlənilən hədələrlə bağlı hərbi-siyasi qiymətləndirmələrin ətraflı qiymətləndirilməsi", eləcə də "Müdafiə Nazirliyinin bu hədələrin dəf edilməsi ilə bağlı planları barədə" məlumat vermək tapşırılıb. Bu barədə RİA Novosti məlumat verib.

Xəbər lenti

Xəbər lenti