...

MAQATE ekspertləri nüvə obyektlərini yoxlamaq üçün İrana gəlib

Dünya xəbərləri Materials 19 May 2006 14:03 (UTC +04:00)

Cümə günü Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) bir qrup müfəttişi nüvə obyektlərində təftiş aparmaq üçün İrana gəlib.

Trend in RİA Novosti agentliyinə verdiyi məlumata görə, MAQATE-nin 4 əməkdaşı İsfahandakı nüvə obyektində, eləcə də adının dəqiqləşdirilmədiyi daha bir obyektdə təftiş aparacaqlar. Agentliyin müfəttişləri mayın 26-na kimi İranda olacaqlar.

Aprelin sonlarında MAQATE artıq İsfahandakı nüvə obyektində və Natanzdakı uranın zənginləşməsi üzrə obyektdə təftiş aparıblar.

Xəbər lenti

Xəbər lenti