...

"KazMunayQaz" I rübdə təxminən 2,2 mln. ton neft hasil edib

Dünya xəbərləri Materials 27 May 2006 12:11 (UTC +04:00)

2006-cı ilin I rübündə "KazMunayQaz" 2,281 mln. ton neft və qaz kondensatı hasil edib ki, bu da ötən ilin I rübü ilə müqayisədə 40 min ton çoxdur. Bu artıma yeni texnologiyaların tətibiqi hesabına nail olunub. Bu barədə, Trend in Gürcüstandakı xüsusi müxbirinin bildirdiyinə görə, "KazMunayQaz" şirkətinin mətbuat xidmətindən bildirilib.

2006-cı ilin yanvar-mart aylarında Atırau NEZ-də neft emalının həcmi 830,3 min ton təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 14,8% çoxdur. II rübdə isə 850 min ton neft emal etmək planlaşdırılır.

2006-cı ilin I rübündə "KazTransOyl" magistral kəmər sistemilə neft nəqli 10 mln. 159 min ton təşkil edib ki, bu da ötən ilin analoji müddətinə nisbətən 11,9 % çoxdur. Plana müvafiq olaraq neft nəqlinin həcmi II rübdə 9 mln. 137 min ton olmalıdır.

2006-cı ilin yarvar-mart aylarında "İnteqraz Tsentralnaya Aziya" SC-nin qaz kəmərlərilə 34,65 mlrd. kub m. qaz nəql olunub ki, bu da ötən ilki göstəricidən 2% çoxdur. II rübdə 29,6 mlrd. kubm. qazın nəqli ehtimal olunur.

Şirkətin 2006-cı ilin yanvar-mart aylarında gəliri 174,3 mlrd. tenqe, yəni ötən ilki göstəricidən 23,4% çox təşkil edib.

"KazMunayQaz" neft şirkətinin törəmə və asılı təşkilatları tərəifndən 2006-cı ilin I rübündə dövlət büjcəsinə 36,0 mlrd. tenqe vergi və ödəniş həyata keçirilib ki, bu da ötən ilki dövr ilə müqayisədə 1,4 dəfə çoxdur.

2006-cı ilin yanvar-mart aylarında kapital qoyuluşları 14 mlrd. 212 mln. tenqe, o cümlədən, istehsala - 12 mlrd. 984 mln. tenqe təşkil edib ki, bu da ötən ilin analoji müddətinə nisbətən 1,3 dəfə çoxdur.

Xəbər lenti

Xəbər lenti