Amerikanın xüsusi xidmətlərinin məlumatlarına görə, İran yaxın dörd il ərzində özünün dinc nüvə texnologiyalarını atom silahına çevirə bilər.
ABŞ-ın milli kəşfiyyat xidmətinin direktoru Con Neqrapontenin bu yaxınlarda verdiyi müsahibəyə əsasən Associated Press xəbər agetliyinin verdiyi xəbərə görə, İran "texnoloji cəhətdən kifayət qədər hazırlıqlıdır və bu cür əməliyyatın həyata keçirilməsi üçün bütün imkanlara malikdir".
Neqraponte Böyük Britaniyanın BBC kanalına verdiyi müsahibədə bildirib: "Digər tərəfdən bu, sadəcə qiymətləndirmə məsələsidir. Biz tam mənzərəyə malik deyilik, çünki bizdə dəyərli analitik nəticələr üçün məlumat çatışmazlığı var".
Trend in bildirdiynə görə, Neqraponte bildirib: "Biz kifayət qədər yoxlamadan keçməyən informasiyaya əsasən öz fərziyələrimizi irəli sürürük. Ona görə də bizim üçün çox çətindir".