...

Gürcüstan prezidenti demokratik prinsiplərə sadiq olduğu üçün ABŞ-ın tərəfdaşıdır

Dünya xəbərləri Materials 20 İyun 2006 17:50 (UTC +04:00)

Gürcüstan prezidenti Mixail Saakaşvili demokratik prinsiplərə sadiq olduğu üçün ABŞ-ın tərəfdaşıdır. Bu barədə jurnalistlərə ABŞ dövlət katibinin köməkçisi Metyu Brayza Tbilisidə bildirib.

"Prezident M.Saakaşvili gizli maraqlar üzündən deyil, Gürcüstandakı vəziyyəti yaxşılaşdırmaq, demokratiyanı möhkəmləndirmək, iqtisadi islahatlar keçirmək və insan haqlarını müdafiə etmək öhdəliyini üzərinə götürdüyü üçün bizim tərəfdaşımızdır" - deyə M. Brayza qeyd edib.

"Biz təhlükəsizlik, energetika və terrorizmlə mübarizə sahəsində səmərəli əməkdaşlıq edirik. Buna görə bizim nəinki M.Saakaşvili, həm də bütün Gürcüstanla ümumi maraqlarımız və dəyərlərimiz var" - deyə ABŞ dövlət katibinin köməkçisi bildirib. Bu barədə Trend agentliyi "KAVKAZ-PRESS"ə istinadən xəbər verib.

Xəbər lenti

Xəbər lenti